Search
FINCA

“FINCA Azerbaijan” yeni müştərilərə krediti asanlaşdırdı

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı yeni müştərilərə də asan şərtlərlə biznes krediti təklif edir. Sadə kreditləşmə qaydalarına görə təşkilatın bütün filiallarında yeni müştərilər zaminsiz və girovsuz kredit əldə edə biləcəklər.

Təşkilatın sadələşdirilmiş kredit qaydalarının əsas  məqsədi biznes sahiblərinə hazırkı iqtisadi şəraitdə dəstək olmaq, onları asan və maneəsiz maliyyə resurslarına çıxış imkanları ilə təmin etməkdir.

FINCA-da krediti olmayan yeni müştərilərdən tələb olunan əsas şərt digər maliyyə qurumlarında müsbət kredit tarixçəsinin olmasıdır.

Biznes təhlili bir telefon zəngi ilə aparılır və uyğun müştərilərə kredit təsdiq olunur. Müştəri zamin və girov olmadan, tək şəxsiyyət vəsiqəsi ilə filiala yaxınlaşır və müqavilə imzalayaraq vəsaiti əldə edir.

Kreditin müddəti 3-24 ay, faktiki illik faiz dərəcəsi isə (FİFD) 28 % -dən başlayır.

Müştərilər *2525 nömrəsinə zəng edərək və ya www.finca.az İnternet ünvanına daxil olaraq daha ətraflı məlumat əldə edə bilərlər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir