Search
699825_483840

FHN istehsalçılardan qəbul olunan buğdanın qiymətini yenidən qaldırıb

Fövqəladə Hallar Nazirliyi (FHN) istehsalçılardan qəbul olunan buğdanın qiymətini növbəti dəfə qaldırıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton 280 manat olub.
“Məlum olduğu kimi, 21 iyun 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan etmişdir. Əlavə olaraq bildiririk ki, hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 manatdan 280 manata qaldırılıb. Həmçinin, bir daha xatırladırıq ki, buğdanın tədarükü 1 noyabr 2016-cı il tarixinədək davam edəcək”, – deyə məlumatda bildirilir.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.
Qeyd edək ki, yerli buğda istehsalçılarından qəbul olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılmışdı.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir