Search
photo_75877

Facebook ticarət üçün servis istifadəyə verib

Facebook istifadəçilər arasında ticarət üçün Marketplace servisini istifadəyə verib.

Servis ilk növbədə yerli ticarətə, qonşuluqdakı ərazi üzrə istənilən əşyanın satışına hədəflənib. Facebook satıcı və ya alıcıdan komissiya haqqı götürməyi planlaşdırmır, ancaq sövdələşməyə görə məsuliyyət daşımır və aldadılma, oğurluq, şərtlərin ləğv edilməsi və ya keyfiyyətsiz məhsuldan qoruma təqdim etmir. Alıcı satıcı barədə məlumatla, o cümlədən yerləşdiyi məkan və Facebook-da qeydiyyat tarixi ilə tanış ola bilər. Marketplace piktoqrammı Android və iOS üçün Facebook tətbiqetməsində olacaq. O, Messenger piktoqrammını əvəz edəcək.

İlk mərhələdə Marketplace servisi ancaq ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zellandiyadan olan istifadəçilər üçün əlçatan olacaq.

Facebook ticarət üçün servis istifadəyə verib

Facebook ticarət üçün servis istifadəyə verib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir