Search
photo_24950

Ərəb və yəhudilər niyə sağdan sola yazırlar?

Bizim dilimiz də daxil olmaqla dünyanın bir çox yerində yazı soldan sağa doğru yazılır. Ancaq ibrit və ərəb dillərində bu tam əksinədir. Bəs bunun səbəbi nədir?

Dilçiliklə maraqlanan insanlar üçün bu sualın cavabı əslində qəliz deyil. Belə ki, bu dillər planetin ən qədim dillərindən hesab edilir. Bu qədim yazılar Mesopotamiyada yaranmağa başladığında insanlar yazıları daş üzərində yazırdı. Onların isə əksəriyyəti üçün çəkici daha sağ tərəfdən vuraraq yazmaq daha uyğun və rahat idi. Məhz bu sadə səbəbə görə,  qədim dillərin yazılışı belə formalaşıb.

Sonrakı illərdə romalıların soldan sağa doğru yazmağa başlaması isə yenə istifadə olunan alətlərlə bağlıdır. İlk zamanlarda yazı üçün istifadə edilən mürəkkəb gec quruduğundan soldan sağa doğru yazmaq daha münasib idi.

“pahoo.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir