Search
f157bbd1c6f4048a31f4a34d7bf4132a

Elektron ticarətdən vergi tutulacaq

Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb olunması və transfert qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi məsələsi 3 ay müddətinə öz həllini tapacaq.

Bunu bu gün Vergilər Nazirliyində Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatları”nın təsdiqi və vergi inzibatçılığın təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixi Sərəncamı və bu sərəncamla bağlı Vergilər Nazirliyi qarşısında duran vəzifələrə həsr olunmuş mətbuat konfransında Vergilər nazirinin  müavini İlkin Vəliyev bildirib

Onun sözlərinə görə, artıq gələn ildən  elektron ticarətin vergiyə cəlb olunması mümkün ola bilər: “Bu gün elektron ticarət vergidən kənarda qalır. Biz çalışacağıq ki, bütün bu proseslər vergiyə cəlb olunsun”.

APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir