Search
dunya_4-425x280

Dünya Bankı Azərbaycanda problemli kreditlərin azaldılması üçün işlər görür

Dünya Bankı (DB) Azərbaycanın bank sektorunda problemli kreditlərin sayını azaltmaq üçün ölkə hökuməti ilə işləyir.

Bunu DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.

Onun sözlərinə görə, Hazırda DB maliyyə sektoruna texniki dəstək göstərir: “Bunun üçün bizim bank sektorunun inkişafı üzrə çalışan müvafiq komandamız var. Bildiyiniz kimi, hökumət manatın üzən məzənnə rejiminə keçib, həmçinin ölkədə devalvasiya (2015-cı ilin fevral və dekabr aylarında) baş verib və nəticədə səkkiz bank likvidlik problemləri üzündən bağlanıb.

M.Tembon qeyd edib ki, buna görə də DB hökumətlə problemli kreditlərin həcmini azaltmağa kömək etmək üçün çalışır: “Bu öz növbəsində, likvidlik çatışmazlığı problemini azaltmağa imkan verəcək”.

Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir