Search
Your credit score explained

Dollarla kredit verilməsinin dayandırılmasıyla bağlı açıqlama

Azərbaycan Banklar Assosiasiyası dollarla istehlak kreditləşməsinin dayandırılması barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul etdiyi qərar şərh edib. ABA-nın sədri Zakir Nuriyev açıqlamasında bildirib ki, bu qərar bankların fəaliyyətinə mənfi təsir etməyəcək: “Bu, 1 ay müddətinə verilmiş qərardır və düşünmürəm ki, bankların fəaliyyətinə kəskin mənfi təsir göstərəcək. Bu, əslində gələcəkdə meydana çıxa biləcək mümkün problemlərin qarşısını alınması üçün qəbul olunmuş qərardır. 1 ay sınaq müddəti deyil və bundan sonrakı dövr üçün bankların davranış qaydalarının müəyyən edilməsi, bazarın tənzimlənməsi məqsədi ilə yeni qərarların qəbul edilməsi üçün müəyyən edilmiş vaxtdır. Yəqin ki, yeni qərarlar olacaq”.

Zakir Nuriyev qərarın biznes kreditlərinə aid edilməməsinə isə belə münasibət bildirib: “İş adamları arasında ölkədə idxalla məşğul olanları üstünlük təşkil edir və onların istənilən halda valyutaya ehtiyacı var. Daxildə istehsalla məşğul olan sahibkarlara isə manatla kredit verilir. Onlara dollarla kredit vermək heç bankların özünə də sərf etmir. Çünki sabah mümkün məzənnə dəyişikliyi bankların özünə daha çox problem yarada bilər”.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir