Search
photo_83376

Dolların simvolu necə yaranıb?

Bu gün bütün dünyada ən çox tanınan simvollardan biri olan dollar simvolu, əslində İngilis-Amerikan tacirlərinin maliyyə sənədlərini yazmaq tənbəllikləri nəticəsində ortaya çıxıb.
Dollara aid ilk orijinal qeydə 1770-ci illərdə İngilis-Amerikan tacirlərinin İspan-Amerikan tacirləri ilə etdiyi iş razılaşmalarında rast gəlinib. 1800-cü illərə qədər simvol kütləvi şəkildə qəbul olunmayıb. O illərin ardından dünya miqyasında tanınmağa  başlayıb. Yenə bu illərdə ilk rəsmi ABŞ dolları çap edilib (ilk dollar 1863-cü ildə çap edilib).
PESODAN DOLLARA
Dollar üçün ilk əvvəllər İspan pesosunun  “p” simvolu istifadə edilirdi. Yaxşı bu “p” simvolu “$” simvoluna necə çevrildi? Peso üçün yazılan maliyyə sənədlərində, 1 pese 1p olaraq, 1000 peso ps olaraq yazılırdı. Sənədlərdə tez-tez “ps” yazmaq lazım olduğundan, İngilis-Amerikan kolonları simvolları iç-içə keçirdi. Və o zamanlarda indilərədək bilinən simvola çox bənzəyən yeni bir simvol ortaya çıxdı. Daha sonra simvolun hamısını yazmaqda tənbəllik edən İngilis-Amerikan kolonları altdan və üstdən xəttli “S” yazmağa başladı və sonra bu “$” simvoluna çevrildi. Peso Amerika qitəsində orijinal dollar çap edilənə qədər istifadə edilən ticarət pulu idi.
marja.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir