Search
36835796-14603691074160285 (1)

Doha görüşünün nəticəsi bəlli oldu

OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin “dondurulması” ilə bağlı razılığa gəlməyiblər. Məsələ ilə bağlı növbəti görüş bu ilin iyununda keçiriləcək.

Səudiyyə Ərəbistanı və İran neft hasilatının “dondurulması” ilə bağlı razılığın əldə edilməməsində günahkar deyillər. RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu Rusiya energetika naziri Aleksandr Novak bəyan edib. “Düşünürəm ki, razılaşma şərtlərə dair fərqli yanaşma səbəbindən əldə edilmədi. O ki qaldı bilavasitə hasilatın “dondurulmasına”, Səudiyyə Ərəbistanı başda olmaqla, bütün ölkələr bunun məqsədəuyğun addım olduğunu təsdiqlədi. İrana qarşı ittihamlar isə tam əsassizdır. Ən azı ona görə ki, bu  ölkə danışıqlarda iştirak etmirdi”, deyə A.Novak bildirib.

Fevralın 16-da Dohada Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela arasında görüş baş tutub. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə “dondurulması” ilə bağlı təklif irəli sürüb və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar. Dünənki görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir