Search
71086_0

“DəmirBank”la istənilən valyutada pul köçürmək imkanı

“DəmirBank” ASC müştərilərinə geniş çeşiddə xidmət və məhsullar təklif edir. Onlardan biri də, müxtəlif valyutalarda sərfəli şərtlərlə köçürmə əməliyyatlarının aparılmasıdır.

Bank 200-dək ölkə üzrə Zolotaya Korona,Western Union, Blizko, PrivatMoney, UPT, Leader, Forsaj, Contact, Monex pul köçürmələri sistemləri vasitəsilə təcili pul köçürmə xidmətlərini reallaşdırır.Belə ki, “DəmirBank”ın müştəriləri heç bir zaman itkisi olmadan və əlavə hesab açılmadan rahatlıqla 100–dən artıq xarici valyuta növündə köçürmələri həyata keçirə bilərlər.

Həmçinin, Bankın“Şimşək” sistemi vasitəsilə ölkədaxili pul vəsaitlərini daha rahat şəkildə köçürmək və ya almaq mümkündür.Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər.

Müştərilər “DəmirBank”ın təcili pul köçürmə xidmətlərindən istifadə etməklə“Mobil danışıq kartı hədiyyə” kampaniyasından da yararlana bilərlər. Kampaniyanın şərtlərinə əsasən Bankın filiallarında ən azı 500 AZN / USD / EUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az/

www.facebook.com/demirbank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir