insta & fb card 2

DəmirBank lider bank seçilmişdir

DəmirBank ASC 2015-ci ildə ödəniş kartları ilə POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayına görə Mərkəzi Bank tərəfindən “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə birinci yerə layiq görülmüşdür.

Bank eyni zamanda, “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nöminasiyası üzrə də birinci yeri tutmuşdur.

DəmirBank Azərbaycan plastik kartlar bazarında ilk banklardan biri olaraq 2015-ci ilin 3-cü rübündə ən son texnologiyalardan olan təmassız kartlar layihəsini reallaşdıraraq müştərilərinə təqdim etmişdir. Bununla müştərilər vaxtlarına qənaət edərək nağdsız ödənişləri rahat şəkildə həyata keçirmə imkanını əldə etmişdirlər. Eyni zamanda bir sıra ticarət nöqtələrinə təmassız ödəniş kart əməliyyatlarını həyata keçirməyə imkan verən POS-terminallar quraşdırılmışdır.

DəmirBank hər zaman plastik kart biznesi üzrə ön sıralarda olmuşdur. Belə ki, DəmirBank ölkədə kart emissiya edən ilk banklardan biridir. Hətta bəzi banklarda nağdsız ödənişlərin həyata keçirilməsi üçün sponsorluq funksiyasını yerinə yetirir.

Bankda bu sahədə böyük həcmdə investisiyalar qoyulmuş, nağdsız ödənişlərin inkişafı üçün bir sıra köklü yeniliklər həyata keçirilmişdir. Yaxın zamanlarda yeni plastik kart proqram təminatına keçid olacaqdır ki, bunun nəticəsində plastik kartlara əsaslanan bir sıra yeni, innovativ bank məhsulları müştərilərin ixtiyarına veriləcəkdir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az/

www.facebook.com/demirbank.az

«DəmirBank» признан банком-лидером

Согласно итоговому отчету Центрального Банка Азербайджанской Республики по общему количеству платежей бесконтактными картами через POS-терминалы в стране за 2015 год, «DəmirBank»-у было присвоено первое место в номинации «Банк-лидер по бесконтактным картам».

Кроме того, «DəmirBank» занял первое место в номинации «Банк-лидер по инфраструктуре бесконтактных POS – терминалов».

В частности, в 3-м квартале 2015-ого года «DəmirBank», одним из первых на рынке пластиковых карт Азербайджана, реализовав проект по бесконтактным картам, представил их для пользования своим клиентам. Тем самым, клиенты Банка получили возможность, без затраты дополнительного времени, удобно осуществлять безналичные оплаты. В тоже время, для того, чтобы клиенты могли проводить операции с бесконтактными картами, в ряде торговых центров были установлены соответствующие POS – терминалы.

Следует отметить, что «DəmirBank» всегда занимал первые ряды в бизнесе пластиковых карт. Доказательством тому, служит то, что «DəmirBank» одним из первых среди банков страны начал осуществлять эмиссию карт. Более того, Банквыполняет определенные спонсорские функции, стимулируя осуществление другими банками безналичных платежей.

Банк вложил в большом объеме инвестиции в данную сферу и для развития безналичных платежей были внесены фундаментальные новшества в существующую банковскую систему. В скором времени будет осуществлен переход на новое программное обеспечение по пластиковым картам, в результате чего, клиентам будут предложены ряд новых, инновативных банковских продуктов.

«DəmirBank», являющийся одним из первых коммерческих банков страны, осуществляет деятельность c 1989 года. Среди акционеров Банка представлены такие крупные международные финансовые организации, как «Европейский Банк Реконструкции и Развития» (EBRD) и «Голландская Финансовая Компания Развития» (FMO).

Информационный центр: (012) 149

http://www.demirbank.az/?/ru/

https://www.facebook.com/demirbank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir