Search
neft-1-1-498x280

Daha bir ölkə neft ixracına başlayacaq – MİLYARD BARELLİK EHTİYAT

Keniya hökuməti Nazirlər Kabineti, ölkənin xam neft ixrac etməsini təmin edəcək “neft ticariləşdirmə planı” nı təsdiq edib.

Keniya mətbuatında yer alan xəbərlərə görə, “neft ticariləşdirmə planı” çərçivəsində, ölkədə xam neft ixracını gələn il iyunda başlanması planlaşdırılır.

Ölkənin şimalındakı Turkana əyalətinin Lokichar hövzəsindən çıxarılacaq neft, Mombasa limanındakı zavodlarında işlənəcək və buradan digər ölkələrə göndəriləcək.

Digər tərəfdən, hökumət Lokichar hövzəsindən çıxarılacaq neftin Lamu əyalətinə daşımaq üçün yeni bir neft boru xəttinin inkişaf etdirilməsini də təsdiqləyib.

Lokichar hövzəsində kəşf edilən xam neftin miqdarının təxminən 1 milyard barel olduğu ifadə edilir.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir