Search
Depozit

“DəmirBank”dan istəyinizə uyğun depozit növləri

DəmirBank müştərilərin tələblərinə uyğun, “Əmanət çeşidi” programı üzrə əhaliyə “Göy”, “Sarı”, “Qırmızı”, “Uşaq” əmanət növlərini təklif edir.

Belə ki, müştərilər yüksək faiz gəlirləri gətirən Bankın “Göy” əmanət növündən faydalana bilərlər. Qeyd olunan əmanət növü üzrə faiz gəlirlərini aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür. “Göy” əmanəti AZN, USD, EUR və GBPvalyutasında yerləşdirmək mümkündür.

“Sarı” əmanət növünün əsas üstünlüyü cəriməsiz əmanətin vaxtından tez çıxarılması, “Qırmızı” əmanət növünün isə vəsaitlərin hər ay əlavə edilməsi və faizlərin aylıq kapitallaşdırılması imkanıdır. Hər iki əmanət AZN və USD valyutasında açıla bilər.

Valideynlərə uşaqlarının gələcək maliyyə durumlarını sığortalamağa, vəsaitlərinin təhlükəsizliyini təmin etmələrinə yardımçı olmaq üçün “Uşaq” əmanəti təkif edir. Bu əmanətin iki növü mövcuddur. Bunlardan biri “Hər rüb faizləri kapitallaşan uşaq əmanəti” növüdür ki, burada hesablanmış faizlər hər rüb əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faizlər hesablanır. Digər – “Hər rüb faizlər hesablanaraq cari hesaba köçürülən uşaq əmanəti” – növü isə istənilən vaxt faizləri cari hesabdan götürmək imkanı verir. Maksimum 18 il müddətə açılan “Uşaq” əmanətini AZN, USD, EUR valyutasında yerləşdirmək mümkündür.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az

www.facebook.com/demirbank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir