31928_397808196991788_1070843244_n

CEYHUN BƏY, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

Bu gün Ceyhun Hacıbəylinin doğum günüdür.

Bu münasibətlə Ceyhun bəyi dostları, çalışmış olduğu çoxsaylı əmək kollektivləri  təbrik edir.

Hacıbəyli Ceyhun 15 avqust 1980-ci ildə  Bakı şəhərində anadan olmuşdur. 1986- cı ildə 275 saylı orta məktəbə daxil olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakultəsinə daxil olub. 2004-cü ildə isə həmin ixtisas üzrə Magist pilləsinə daxil olmuşdur. “Bank marketinqi” dissertasiya işinin müəllifidir.

2000-ci ildən SİAR Sosial-İqtisadi Araşdırmalar Şirkətində əmək fəaliyyətinə başlayıb. İşlədiyi illər ərzində Sahə işçisi vəzifəsindən Qafqaz və Orta Asiya üzrə Əməliyyat Direktoru vəzifəsinə kimi qalxmışdır. 1 il SİAR-Özbəkistan filialının direktoru vəzifəsində çalışıb (filial tam gücü ilə fəaliyyət göstərənədək).

2009-cu ildə TuranBank ASC – Marketinq və Satış şöbəsinin müdiri vəzifəsinə təyin olunub.  2014-cü ildən isə TuranBank ASC – Marketinq və Məhsulyaratma şöbəsinin müdiri vəzifəsində çalışıb.

Turanbankdan sonra “Dəmirbank”da “Marketinq Araşdırmaları və Proqramları” şöbəsinin müdiri işləyib.

Çalışdığı bütün qurumlarda çox sayda layihələr həyata keçirmişdir. Mart ayından isə Strateji İnkişaf Departamentində layihə meneceri işləyir.  Ailəlidir, 2 övladı var

Biz də BankNews.az olaraq Ceyhun bəyi təbrik edir və gələcək karyerasında daha böyük uğurlar arzu edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir