Search
photo_45914

Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsi keçiriləcək

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması istiqamətində növbəti danışıqlar Cenevrədə iyulun 21-22-də keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında  Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

M.Məmmədquliyev qeyd edib ki, ikitərəfli danışıqların aparılması üçün Norveç, Rusiya və Səudiyyə Ərəbistanından təkliflər alınıb: “Bu siyahının genişlənəcəyi istisna edilmir”.

Eurasia Diary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir