Ötən il olduğu kimi bu il də CDB Bank 9 Noyabr Dövlət Bayrağı Gününü xüsusi təmtəraqla qeyd etdi. Belə ki, 8 Noyabr tarixində bankda işgünü əməkdaşların ölkə himnini səsləndirməsi ilə başladı. Banka daxil olan hər bir müştəriyə isə xüsusi hədiyyələr, eləcə də Azərbaycan bayrağı təqdim edildi.
“Caspian Development Bank (CDB)” ASC üçrəngli bayrağımız altında birləşən bütün vətəndaşlarımızı 9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edir, bayrağımızı hər zaman zirvələrdə görməyi arzulayır. Bayramınız mübarək.