Search
Cashback on purchases made. A common form of trading is rebating cash via the purchase of bought products or services on the internet. An oversized cut pound coin symbolises the return of the cash rebate, with a checkout till receipt. Isolated on a white background.

“Cash Back” nədir? Nə kimi üstünlükləri var?

Təsəvvür edin, kartdan pul çəkmək istəyirsiniz, daxil olursunuz ən yaxın marketə, kartı verirsiniz və onlar pulu hesabınızdan çəkib, sizə nağd pul verirlər. Rahat olmazdımı? Beynəlxalq təcrübədə istifadə olunan bu xidmət “Cash Back” adlanır.

“Cash Back” necəmi işləyir? Bir misala baxaq:

Alıcı marketə daxil olur.  20 manatlıq alış-veriş edir, 10 manatlıq pul qalığı istəyir. Bu zaman kassir kart hesabından ümumi olaraq 30 manat çıxır və 10 manatı alıcıya nağd formada qaytarır.

Yazının bu hissəsinə qədər “bankomat” və ya “ATM” sözləri ilə qarşılaşdınızmı?

“Xeyr” cavabının səbəbi “Cash Back” funksiyasının kart istifadəçisinə bankomatdan istifadə etmədən nağd pul əldə etmə imkanı verməsidir.

Alıcı üçün rahatlığı aydındır bəs digər iştirakçılara xeyri nədir:

  • Banklar üçün bankomat xərclərini azaldır;
  • Təsərrüfat subyektləri üçün isə kassada olan sərbəst nağd vəsaitivə inkassasiya xərclərini azalır;

Həmçinin həmişə bankomatdan nağd pul çəkib sonra, alış-veriş edən şəxslər üçün də, kart ilə ödəməni rahatlaşdırdığı üçün cəmiyyətdə nağdsız əməliyyatlara olan meylliliyi artırır.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir