Search
fradsc07950

“Bureau Veritas” şirkəti TTSİ-də audit keçirib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi sifarişlər əsasında neft sənayesi və digər sənaye sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, standartların tətbiqi, sertifikatlaşdırma və ixtisasartırma, ikinci peşəyə hazırlama, maarifləndirmə və digər istiqamətlər üzrə işini yüksək efektivliklə qurmuşdur. SOCAR-ın daxili normativ sənədləri və korporativ prosedurların tələblərinə uyğun aparılan təlim kurslarının Beynəlxalq Standartlaşdırma Təşkilatının “İSO 29990: 2010 – Qeyri-formal təhsil və təlimlər üzrə öyrənmə xidmətləri – Xidmət göstərənlərə dair ilkin tələblər” standartının tələblərinə uyğun şəkildə akkreditasiya edilməsi məqsədi ilə Fransanın tanınmış inspeksiya-sertifikatlaşdırma qurumu olan “Bureau Veritas” şirkətinə müraciət edilmişdir. Qurumun Audit qrupu tərəfindən aparılan yoxlamalar zamanı TTSİ-nin təlim istiqamətində fəaliyyətinə dair sənədlərdə və tədris prosesində ciddi uyğunsuzluqlar aşkar edilməmiş, icrası nəzərdə tutulan bir sıra tövsiyələr verilmiş və auditin yekunları müsbət qiymətləndirilmişdir. “İSO 29990: 2010 – Qeyri-formal təhsil və təlimlər üzrə öyrənmə xidmətləri – Xidmət göstərənlərə dair ilkin tələblər” standartının tələblərinə əsasən, İdarənin təlim istiqamətində fəaliyyətinə dair sənədlərin və tədris prosesinin mövcud standarta uyğunluğunun yoxlanılması ildə 1 dəfədən az olmayaraq, “Bureau Veritas” şirkətinin audit qrupu tərəfindən monitorinq ediləcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir