Search
bb7734ec767745e4be99316cc537b24a4b64343d

Bundan sonra istənilən sahibkar istədiyi ölçüdə bina tikə bilməyəcək – VİDEO

Binaların mərtəbələrinin sayını və əhatə dairəsini icra hakimiyyəti orqanları müəyyən edəcək. Yeni tikilən binaların qaraj məsələsi də diqqət mərkəzində olacaq. Bu arada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıda 30-dan artıq yeni binanın tikintisinə razılıq verməyə hazırlaşır.

Şəhərsalma ilə bağlı yeni qaydalar açıqlanıb. Paytaxtın 1 hektarına düşən tikinti sıxlığı 20 min kvadratmetri keçməməlidir. Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir bildirir ki, bu ölçünün pozulması bir sıra ciddi problemlərə səbəb ola bilər.

Komitə rəsmisi bildirib ki, onlara bina tikintisi ilə bağlı bir sıra layihələr təqdim olunub. Bu layihələrlə paytaxt Bakı daha müasir görkəm alacaq. Komitə nümayəndəsinin sözlərinə görə, hündürmərtəbəli binaların parkinq sahələrinin kifayət qədər geniş olmasına da xüsusi həssaslıqla yanaşılacaq.

Bundan başqa istənilən sahibkar bina tikintisi üçün ayrılan ərazidə istədiyi ölçüdə də bina tikə bilməyəcək. Binaların mərtəbələrinin sayını və əhatə dairəsini icra hakimiyyəti orqanları müəyyən edəcək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə prosesə nəzarəti həyata keçirəcək.

Xezerxeber




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir