Search
btb

“Büdcə və Maliyyə Nəzarəti şöbəsinin Baş Mütəxəssisi” – Vakansiya

Bank “BTB” ASC Büdcə və Maliyyə Nəzarəti şöbəsinin Baş Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Büdcə və Maliyyə Nəzarəti şöbəsinin Baş Mütəxəssisi 

İş barədə məlumat:

• Bankın maliyyə  hədəflərinin, balans, mənfəət və zərərlər, nağd pulun hərəkəti proqnozlarını hazırlayıb şöbə rəhbərinə təqdim edir;
• Qəbul olunmuş maliyyə siyasətinə uyğun olaraq Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edir;
• Məhsul və xidmətlər üzrə qiymətlərin müəyyən olunması, habelə qiymət siyasəti barədə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
• Daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzlərinin yaradılması üzrə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
• Büdcənin tərtibi və onun icrası, habelə hesabatlılıq üzrə  digər işləri görür;
• Bankın rəhbərliyi tərəfindən proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilini aparır;
• Bankın bütün struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır və bu barədə mütəmadi olaraq şöbə rəhbərini məlumatlandırır;

Namizədə tələblər:

• Ali iqtisadi təhsilin olması;
• Ən azı 2 il bank və ya oxşar kredit institutunda maliyyə sahəsi üzrə təcrübə;
• Komandada işləmək qabiliyyətinin olması;
• Analitik düşüncə;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17.06.2016-cı il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Büdcə və Maliyyə Nəzarəti şöbəsinin Baş Mütəxəssisi) göstərməyiniz xahiş olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir