Search
adb1

Bu layihəyə 450 milyon dollar kredit ayırmağa hazırıq dedilər

Asiya İnkişaf Bankı (AİB) “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsinə 450 mln. dollar məbləğində kredit ayırmağa hazırdır. Bu barədə bankın saytında məlumat verilir.

“AİB bu layihəyə  450 mln.dolar məbləğində kredit ayıra bilər”, – deyə məlumatda qeyd olunur.

Bununla belə, bank AİB-in Direktorlar Şurasının kreditin ayrılması məsələsinə baxılma qrafikini qeyd etmir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib.

“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

“Mərhələ-2”nin dəyəri  28 mlrd. dollar təşkil edir. İllik hasilat 16 mlrd. kubmetr təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2019-cu ildə başlanılacaq.

“Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir