Search
CF5E2260-BB58-4BC7-82E2-ABD2AA3642EB_mw1024_s_n

Bu il Bakı-Tbilisi-Qars layihəsinin açılışı olacaq

“Azərbaycan ərazisindən keçən layihələr beynəlxalq xarakter daşıyan və əhalinin rifah halını yüksəldən vacib layihələrdir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasizadə jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir buna misal olaraq Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan layihələrini göstərib.

“İndi isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilir və bu layihənin bu il açılışı olacaq. Sadalanan layihələr strateji əhəmiyyət daşıyır, Gürcüstan və Azərbaycanda yaşayan əhalinin rifahının yaxşılaşmağına xidmət edir. Bu layihələr praktiki olaraq beynəlxalq xarakter daşıyır”, – deyə baş nazir bildirib.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir