Search
Sığorta-123-478x280

Bu il Azərbaycanın sığorta sektorunda artım var

Cari ilin yanvar-iyun ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 285,3 milyon manat sığorta haqqı hesablanmışdır. Trend-in məlumatına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 42,950 milyon manat və ya 17,7% çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 101,4 milyon manat təşkil edib. Bu da 2015-ci ilə nisbətən 10,1 % çoxdur.

Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində könüllü sığorta növləri üzrə haqlar 15.54%, ödənişlər isə 4.93% artaraq, müvafiq olaraq 177, 1 və 75,1 milyon manat təşkil edib.
Həyat sığortası bazarında yığım 35%, ödəniş isə 1,2 dəfə artıb. Qeyri-həyat sığortası bazarında yığım 7.5% artıb, ödəniş isə 5% azalıb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35.5 manat ödəniş həyata keçirilib. Bu göstərici keçən ilin eyni dövrü üzrə 38 manat təşkil edib.

Sığorta şirkətləri və sığorta sinifləri üzrə 2016-cı ilin yanvar-iyun ayları ərzində hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri üzrə ətraflı cədvəllər aşağıda təqdim olunur.
Media orqanları əlavə məlumat almaq üçün press@fmsa.az ünvanına müraciət edə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir