Search
n_96536_1

Bu gün baş tutacaq Doha görüşündə əsas müzakirə predmeti

Bu gün Dohada OPEK üzvləri və təşkilata daxil olmayan neft hasil edən ölkələrin görüşündə müzakirəyə çıxarılacaq layihənin detalları məlum olub. Layihədə neft hasilatının 1 oktyabr 2016-cı ilə qədər bu ilin yanvar ayındakı səviyyədə saxlanılması barədə razılaşmanın qüvvədə qalması təklif edilir. Bununla bağlı növbəti görüşün də həmin ay Rusiyada keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, fevralın 16-da Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela digər neft hasilatçıları da razılaşacağı təqdirdə, 2016-cı ilin yanvarındakı səviyyədə saxlamaq barədə razılaşma əldə edib. Bu gün Dohada bununla bağlı görüş keçiriləcək. Görüşdə Azərbaycan da iştirak edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir