Search
206077

“BP”də yerli mütəxəssislərimizin sayı artacaq

Şirkət yerli kadrları işə qəbul edəcək və onları inkişaf etdirəcək.

“Wood Group” şirkəti Azərbaycanda BP-nin səkkiz neft-qaz qurğularında mühəndis, təchizat və inşaat xidməti üzrə 500 milyon dollarlıq müqaviləni qazanıb. Müqavilə beş il müddətinə bağlanıb.

“Wood Group” şərq regionu üzrə idarəçi direktoru Devid Buçan bəyan edib ki, yeni müqavilənin təqdimatı BP ilə möhkəm əlaqələrin göstəricisidir.

Onun sözlərinə görə, şirkət yerli kadrları işə götürəcək və onları inkişaf etdirəcək.

“Biz çalışdığımız cəmiyyətdə yerli personalın inkişafına, tərəfdaşlığa və təchizatçıları dəstəkləməyə sadiq qalırıq. Bu cari müqavilədə də əks olunub, müqavilənin şərtlərinə görə, yerli personal əməkdaşların 50%-ni təşkil edəcək”.

Müqavilə üzrə “Şıraq”, “Mərkəzi Azəri”nin 2 platforması, “Şərqi Azəri”nin 1 platforması, “Qərbi Azəri”nin 2 platforması, dərinözüllü “Günəşli”nin 2 platforması və “Şahdəniz” yatağının ilk mərhələsinin platformasına xidmət göstəriləcək.

Mənbə: Oxu.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir