Search
504426_481063

BP-nin mənfəəti 45% azalıb

Bu ilin II rübündə BP şirkətinin mənfəəti 720 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 45% azdır. Bu barədə şirkətin ilin I yarısı ilə bağlı hesabatında qeyd olunub.

Bu ilin I rübündə şirkətin mənfəəti 532 mln. dollar, 2015-ci ilin ikinci rübündə isə 1,3 mlrd. dollar olub.

İlin I yarısında əsaslı xərclər 7,9 mlrd. dollar təşkil edib. Bu il ərzində əsaslı xərclərin toplam 17 mlrd. dollardan az olacağı gözlənilir.

Bu ilin II rübünün sonuna şirkətin borcu 30,9 mlrd. dollar təşkil edib.

Report

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir