Search
32897799

“BOKT”un aktivləri niyə birdən-birə artıb

2015-ci ilin yekununda “Aqrarkredit” – bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 3 milyard 185,7 milyon manat təşkil edib. Bu, 2014-cü ilin yekunu ilə müqayisədə 106 dəfə çoxdur. Kəskin artım “Azərbaycan Beynəlxalq Bankı”ın problemli aktivlərinin “Aqrarkredit”in idarəetməsinə verilməsi ilə bağlıdır. İl ərzində BOKT-un öhdəlikləri 191 dəfə artaraq 3 milyard 172,5 milyon manat, kapitalı isə 1% azalaraq 13,4 milyon manat olub.

Mənfəəti artsa da, vergi ödəməyib

2015-ci ildə “Aqrarkredit”in faiz gəlirləri 33,5% artaraq təxminən 5,15 milyon manat, xərcləri isə 7,5% artaraq təxminən 4 milyon manat təşkil edib. Beləliklə, BOKT-un xalis əməliyyat mənfəəti 1 milyon 147,3 min manat olub. Bunun da 858,7 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Mənfəət vergisi ödəməyən “Aqrarkredit”in xalis mənfəəti isə 288,6 min manat təşkil edib. Bu isə 2014-cü ilə nisbətən 2,2 dəfə çoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir