Search
embafinans

BOKT regionlar üzrə kredit mütəxəssisi axtarır

BOKT Embafinans MMC aşağıda qeyd olunan regionlar üzrə “Kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssisi” vakansiyası elan edilir:

1. Mingəçevir
2. Ağstafa
3. Goran
4. Şəki
5. İmişli

Əsas vəzifə və öhdəliklər:

• Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.)
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
• Azərbaycan dilində səlis danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
• Məsuliyyətli, təşəbbüskar, dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
• Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  hr@embafinans.az ünvanına göndərə bilərlər.

Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və regionu qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.

İş qrafiki: 6 gün / saat 10.00-18.00 (şənbə 10.00-15.00)

Əmək haqqı (xalis)

• Kiçik mütəxəssislər: 300 AZN+aylıq bonus*
*Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesablanır




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir