FTC-Study-Reveals-Trend-in-Unfair-Credit-Scoring-Lexington-Law-Firm

BOKT-ların qarşısında yeni şərtlər qoyulub

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinə dair yeni tələblər müəyyənləşdirilib. “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsində aidiyyatı şəxslərlə əqdlərin bağlanılması qaydaları ilə bağlı BOKT-ların qarşısında yeni tələblər qoyulub.

“BOKT tərəfindən aidiyyati olan şəxslərlə əqdlərin bağlanılması qaydaları Azərbaycan respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə tənzimlənir. Girov əmanəti qəbul etmək hüququ olan BOKT aidiyyati olan şəxslərə kreditlərin verilməsi zamanı, həmçinin bu Qanunun 19.1.2-ci maddəsinə müvafiq olaraq müəyyən olunan prudensial normativlərə və tələblərə əməl etməlidir”, – deyə qanun layihəsində vurğulanıb.

Mənbə: apa




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir