kalkulyator

BOKT- ların bəzilərində problemli kreditlər 30% dir

Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) əksəriyyətində vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 12-20% civarındadır. Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva bildirib. Bununla belə, onun sözlərinə görə, bəzi böyük BOKT-larda bu nisbət 30%-ə çatır: «Onların müştəri bazası böyük olduğuna görə, avtomatik olaraq problemli kreditləri də çoxdur».

AMFA rəsmisi onu da bildirib ki, son vaxtlar BOKT-da kreditlərin ödəniş səviyyəsi ilə bağlı artım hiss olunur: «Bəzi təşkilatlar deyir ki, ödənişlərdə aktivlik var. Bu da yazın gəlməsi ilə bağlıdır. İşsiz borcalanlar müvəqqəti də olsa, muzdlu işlərə düzələ bilirlər».




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir