33da

Bayram günlərində də “DəmirBank” xidmətinizdə olacaq

Daim müştəri mənmuniyyətini diqqət mərkəzində saxlayan DəmirBank bayram günlərində də müştərilərin xidmətində  olacaq. Belə ki, müştərilər DəmirBank-ın Nizami filialında 1-4 Yanvar, Xəzər filialında isə 2-4 Yanvar tarixlərində saat 10:00-dan 18:00-dək bank xidmətlərindən istifadə edə bilərlər.

Onu da qeyd edək ki, “149 – Məlumat Mərkəzi” və Nizami küçəsi 111-də yerləşən “Mərkəz” filialı həmişə olduğu kimi bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərəcək (yalnız 31 dekabr saat 18:00-dan 1 Yanvar 09:00-dək fasilə olacaq).

Bakı və regionlarda ən geniş filial şəbəkəsinə malik olan banklardan biri olaraq, DəmirBank gələcəkdə də 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı və müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

 http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir