Search
ali.neft.mektebi

BANM-in yaradılmasının 5 ili tamam oldu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə 29 noyabr 2011-ci ildə SOCAR-ın strukturunda Bakı Ali Neft Məktəbi yaradılmışdır. Ali Məktəbin yaradılmasında əsas məqsəd ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanması olmuşdur.

2012/2013-cü tədris ilində – BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində 15 tələbəsi, 2014/2015-ci tədris ilində 16 tələbəsi, 2015/2016-cı tədris ilində isə BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən 17 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. 2016/2017-cı tədris ilində ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbulda respublika üzrə ən yüksək nəticə göstərərək 700 bal toplayan 2 tələbə Bakı Ali Neft Məktəbinə qəbul olmuşdur. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-cı tədris ilində ümumi orta bal 667 bal, maksimal bal 700 bal olmuşdur. Bu tədris ilində də BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülmüşdür. Ümumilikdə, 5 il ərzində BANM-in tələbələri sırasında 76 Prezident təqaüdçüsü olmuşdur.

BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində yeganə məktəbdir ki, İSO Beynəlxalq standartlarının üç modulu üzrə (ISO 9001 – Keyfiyyət idarəetmə sistemi, ISO 14001- Ekologiya idarəetmə sistemləri və OHSAS 18001-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə) beynəlxalq sertifikatlara malikdir.

BANM-in 5 illik fəaliyyəti dövründə qazandığı uğurlar, ödənişsiz təhsil, yüksək keyfiyyətli ingilis dilli mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar, dünyanın bir sıra nüfuzlu ali məktəbləri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, tədrisin ingilis dilli peşəkar müəllimlər tərəfindən aparılması, nəinki təhsil həyatının, həmçinin tələbələrin ictimai həyatının səmərəli təşkil olunması üçün yaradılan şərait və imkanlar, müasir laboratoriyalar BANM-ə Azərbaycanın nüfuzlu lider ali məktəbi statusunu qazandırmışdır. Bu gün BANM abituriyentlərin və onların valideynlərinin ən etibar etdiyi ali məktəblərdən birinə çevrilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir