Search
103051614

Bankların ipoteka krediti tələblərində dəyişiklik baş verib

Azərbaycanda bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb. Bu barədə Azərbaycan İpoteka Fonduna (AİF) istinadən məlumat verilir.

Bu addım “2016-cı il üçün yaşayış minimumu haqqında” qanunun təsdiq edilməsi ilə bağlıdır. Qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilir.

AİF-in məlumatına əsasən, Fondun xətti ilə ipoteka kreditləri verən 27 bankdan 14-ü yaşayış minimumunu 131-dən 136-dək, “Unibank” isə 200 manatadək artırıb.

Bundan başqa, bəzi banklar güzəştli ipoteka üzrə ilkin ödənişi artırıb. Belə ki, “Muğanbank” ilkin ödənişin həcmini 15-dən 40 faizədək, Azərbaycan Beynəlxalq Bankı isə 15 faizdən 30 faizədək artırıb.

Bankın adı Yaşayış minimumu (ailənin hər bir üzvünə düşən məbləğ 136 manatdan az olmamalıdır) Adi ipoteka üzrə ilkin ödəniş (%) Güzəştli ipoteka üzrə ilkin ödəniş (%)
Bank Respublika 180 50 50
PAŞA Bank 180 40 20
Muğanbank 140 40 40
Expressbank 150 40 40
Bank Standard 175 40 30
Azərbaycan Beynəlxalq Bankı 175 40 30
AtaBank 140 40 40
Bank of Baku 180 30 15
Azər Türk Bank 150 30 25
Yapı Kredi Bank 136 30 30
XalqBank 136 30 30
Unibank 200 30 30
TuranBank 136 30 30
Nikoyl Bank 136 30 15
Amrah Bank 140 30 15
AGBank 136 30 30
Rabitəbank 136 20 15
Caspian Development Bank 136 20 15
Bank Silk Way 140 20 15
Bank BTB 136 20 15
Zaminbank 136 20 15
KredoBank 136 20 15
Kapital Bank 136 20 15
Dəmirbank 136 20 15
Bank VTB Azərbaycan 136 20 15
Bank Avrasiya 136 20 15
AFB Bank 136 20 15



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir