Son günlər cəbhə bölgəsində gedən proseslərə dəstək məsələsindən banklar da kənar qalmamışdır.
Banklarda aparılan araşdırmanın nəticələrini təqdim edirik:
Banklar | Aksiyalar |
---|---|
Amrahbank | Qanvermə aksiyası Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda reallaşmışdır. Aksiya mütəmadi olaraq davam edəcək. |
Azər Türk Bank | Qanvermə aksiyası.C.Məmmədquluzadə küç. 85; 192/193 ünvanında yerləşən baş ofisi |
Bank of Baku | Qanvermə aksiyası Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda reallaşmışdır. Aksiya mütəmadi olaraq davam edəcək. |
Beynəlxalq Bank | Qanvermə aksiyası. Bundan başqa, əməliyyatlar zamanı şəhid olmuş hərbçilərimizin, yaxud onların ailə üzvlərinin Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olub-olmadığı araşdırılacaq. Belə bir borc olduğu təqdirdə Bank bu borcların ləğvi barədə qərar qəbul edəcək. |
Caspian Development Bank | Bakı Hərbi Klinik Hospitalında qanvermə aksiyası keçirilmişdir. |
Dəmir Bank | Döyüşlərdə şəhid olmuş şəxslərin ailələrinə və yaralanmış əsgərlərimizə maddi yardımın göstərilməsi məqsədilə sosial kampaniyaya start verilib. Bankın əməkdaşları tərəfindən yığılan vəsaitlər əmanət hesabına yatırılaraq həmin şəxslərin adına plastik kart vasitəsilə təqdim olunacaq. |
Nikoil Bank | Gəncə filialında qanvermə aksiyası. Qanvermə Gəncə Mərkəzi Klinikasında baş verib. |
TuranBank | Qanvermə aksiyası nəzərdə tutulur |