Search
1208206

Bank VTB ölkədə rubl ipotekasına yüksək tələbin olduğunu qeyd edir

9 iyun tarixində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlevin jurnalistlərlə görüşü keçirilib. Görüş zamanı bank rəhbəri hazırda Rusiyada yaşayan və işləyən azərbaycanlılar tərəfindən rubl ipoteka kreditlərinə böyük tələbatın olduğunu bildirib. Onun sözlərinə görə, bazarın təhlili göstərir ki, rubl ipoteka məhsuluna tələbat böyükdür və buna görə də bank bu məhsulun tətbiqi üzərində çalışır.

Rubl ipotekasının tətbiqinin planları haqqında bank ötən il bildirmişdir və daha sonra bu məqsədlə bazarı və məhsula olan tələbatı araşdırmışdı. Bu məhsul gəliri rublda olanlara Azərbaycanda daşınmaz əmlakın alınması məqsədi ilə rubl kreditinin verilməsini nəzərdə tutur.

Bank VTB (Azərbaycan) bir neçə il ərzində öz ipoteka proqramını uğurla reallaşdırıb. Bu proqram çərçivəsində bank birbaşa tikinti şirkətləri ilə çalışıb və həm manat, həm dollarla ipoteka kreditləri verib. Hazırda bu ipoteka proqramı dayandırılıb və bank dollar kreditlərinin manata çevrilməsi ilə əlaqədar tərəfdaşı olan tikinti şirkətləri ilə danışıqlar aparır.

2015-ci ildən etibarən bank VTB  (Azərbaycan) eləcə də Dövlət İpoteka Fondunun müvəkkil bankıdır.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri İdarəsi də daxil olmaqla 15  filial ilə təmsil olunub. 

Банк ВТБ (Азербайджан) отмечает на рынке Азербайджана высокий спрос на рублевую ипотеку

9 июня состоялась встреча председателя правления ВТБ (Азербайджан) Юрия Яковлева с журналистами, в ходе которой руководитель ВТБ (Азербайджан) отметил, что со стороны азербайджанцев, проживающих или работающих в России, сейчас есть большая потребность в рублевых ипотечных кредитах. По его словам, анализ рынка показывает, что рублевый ипотечный продукт является очень востребованным, в связи с чем банк работает над внедрением данного продукта.

О планах запустить рублевую ипотеку банк заявлял еще в прошлом году, после чего рынок и потребность в подобном продукте были тщательно изучены. Данный продукт предусматривает рублевое кредитование по приобретению недвижимости в Азербайджане для тех, кто имеет доходы в рублях.

Банк ВТБ (Азербайджан) в течение нескольких лет успешно реализовывал собственную ипотечную программу. В рамках своей ипотечной программы банк напрямую работал с компаниями-застройщиками и выдавал ипотечные кредиты как в манатах, так и в долларах. Данная ипотечная программа уже приостановлена и банк ведет переговоры с партнерами-застройщиками по вопросу перевода долларовых кредитов в манатные.

Банк ВТБ (Азербайджан) также с 2015 года является банком-агентом государственного ипотечного фонда.

ОАО Банк ВТБ (Азербайджан) является дочерним банком Банк ВТБ (ПАО). Акционеры ОАО Банк ВТБ (Азербайджан): Банк ВТБ (ПАО) и ОАО «AtaHolding». ОАО Банк ВТБ (Азербайджан) оказывает услуги клиентам корпоративного бизнеса, малого бизнеса и частным клиентам. Сегодня Банк представлен 15 филиалами, включая Управлением клиентского обслуживания при головном офисе.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir