Search
1337879322_1

Bank sektorunda qadın işçilər

Azərbaycanın bankları və kredit təşkilatları öz müştərilərini artırmaq istəyirlərsə, qadın əməkdaşlarının sayını çoxaltmalıdırlar. Bu barədə Mikromaliyyə Assosiasiyasının sədri Süleyman Kələşov bildirib. Onun sözlərinə görə, bank və BOKT əməkdaşları arasında qadınların sayının artması bura qadın müştərilərin də marağını artıracaq: «Bəzən qadınlar, o cümlədən qadın sahibkarlar kredit almağa çəkinirlər, utanırlar, xüsusilə də regionlarda. Bu mənada hesab edirəm ki, BOKTlar kredit ittifaqları və sair təşkilatlar kredit mütəxəssislərini işə götürərkən, qadınlara üstünlük verməlidirlər. Çünki bu amil də qadın sahibkarların inkişafına dəstək olacaq»-deyə AMFA sədri bildirib.

Assosiasiyanın icraçı direktoru Jalə Hacıyeva da bildirir ki, yəni işçilərin arasında qadınların sayının artması banka və digər kredit təşkilatlarına qadınların müraciətlərin artıracaq: «Araşdırmalar göstərir ki, hansı təşkilatda qadın əməkdaşların sayı çoxdursa, o təşkilatla qadın müştərilərin də sayı çoxalır».

İcraçı direktor bildirir ki, bəzən qadın sahibkarlar onları maraqlandıran məsələlərlə bağlı kişi əməkdaşlara yox, qadınlara müraciət etməyə üstünlük verirlər: «Ona görə də təşkilatlar qadınlara daha çox işə götürməli və onlara daha böyük iş ayırmalıdırlar».

J.Hacıyeva qadın əməkdaşların karyerada irəli çəkilməsini də vacib sayıb. Onun sözlərinə görə, kişi əməkdaşlara nisbətən bankların qadın əməkdaşlarının vəzifə irəliləyişi xeyli yavaş sürətlə baş verir: «Onlar vəzifədə irəli çəkilməlidir. Baxmayaraq ki, onlar daha təşəbbüskar olsalar da uzun müddət bir vəzifədə qalırlar».




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir