BOB

“Bank of Baku” yeni imic çarxını təqdim edir!

“Bank of Baku” ASC bu il qeyd etdiyi 20 illik yubileyinə həsr olunmuş yeni imic çarxını təqdim edir. Bununla bağlı İdarə Heyəti Sədrinin Müavini Zaur Qaraisayev qeyd etmişdir: “Yeni imic çarxı vasitəsi ilə bizim daxilən kim olduğumuzu çatdırmaq istəyirik.  “Bank of Baku” yarandığı gündən müəyyən daxili mədəniyyətə malikdir, əməkdaşlar arasında isti ab-hava var, müştərilərimizə və partnyorlarımıza daim açıq və yaxın olmuşuq. Bunlar çox isti və səmimi hisslər yaradır. Məhz bu hisslərlə bizim çarxımızda bölüşməyə çalışdıq. Süjetdə bir gəncin bu günkü nailiyyətləri barədə və bunların əldə edilməsində atasının təsiri göstərilmişdir. Bankın əsas mənəvi dəyərlərini əks etdirən ata nəsihətləri hər bir Azərbaycanlıya yaxındır. Əminəm ki, carxı izləyən hər kəs özünə aid bir duyğu tapacaq. Fürsətdən istifadə edərək bu çarxın ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz təşəkkürümü bildirirəm”.

İmic çarxının ssenarisi, Bank tərəfindən verilmiş ideya əsasında tanınmış “Cinealliance” prodakşn şirkəti tərəfindən hazırlanmış və Aleksey Lamaxın rejissorluğu altında çəkilişlər aparılmışdır. Yüksək peşəkarlıqla işin öhdəsindən gələn çəkiliş qrupu və aktyorlara dərin təşəkkürümüzü bildiririk.

İndi isə böyük məmnuniyyətlə imic çarxımızı təqdim edirik: https://www.youtube.com/watch?v=f_cDNWBefqw&feature=youtu.be

XOŞ SEYRLƏR!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir