Search
BOB wifi

“Bank of Baku”-nun Wi-Fi xidmətinə qoşul!

Müştəri məmnuniyyətinin artırılması məqsədi ilə “Bank of Baku” növbəti yeniliyini təqdim edir. Artıq bankın müştəriləri filiallarda növbə gözləyərkən, vaxtlarını daha səmərəli keçirə bilərlər. Belə ki, “Bank of Baku”-nun müştəriləri Wi-Fi xidmətindən yararlanıb, bankın onlara ünvanlanmış xüsusi təklifləri barədə məlumat ala biləcək. Yeni xidmətdən faydalanmaq üçün müştəri sadəcə mobil telefonunda (və ya hər hansı digər mobil cihazında) Wi-Fi  alətində “BOB FREE” şəbəkəsini seçməli, daha sonra brauzerə daxil olub “Bank of Baku” tərəfindən hazırlanmış qeydiyyat formasına öz adını, soyadını və mobil telefon nömrəsini daxil etməlidir. Qeydiyyatdan keçəndən sonra müştəri bankın ona etdiyi xüsusi təklif və məlumatlarından xəbərdar ola bilər.

“Bank of Baku”-nun departament direktoru Anar Abbasov deyir ki, bu yenilik sayəsində müştərilər,bank ekspertinə yaxınlaşmadan öncə, bankın onlara edilən təkliflərindən məlumat əldə etmiş olacaq, həmçinin internetdən səmərəli istifadə edəcək. “Bura müştəriyə edilən özəl endirim və güzəştlər, kart balansının artırılmasının mümkünlüyü, bankın cari kampaniyaları haqda məlumat, daha böyük məbləğdə kredit təklifi və sairə aiddir. Bu xidmətin fərqli cəhəti müştərinin bankla iş tarixçəsinə uyğun ona müvafiq təkliflərin edilməsidir. Yeni müştərilər bu xidmətə qoşularaq bankın məhsulları ilə tanış ola və onlara müraciət edə bilər”.

Qeyd edək ki, yeni xidmətə qoşulan müştərinin hər istifadə limiti 30 dəqiqə təşkil edir. Növbəti dəfə xidmətdən faydalanmaq istəyən müştəri yenidən müvafiq qeydiyyatdan keçməlidir. İlkin dövrdə yeni xidmət yalnız “Bank of Baku”-nun Baş İdarəsində fəaliyyət göstərəcək (Atatürk pr., 42)

Bankçılıq sahəsində texnoloji innovasiyalara böyük önəm verən “Bank of Baku”  müştəriləri məmnun edəcək yeni xidmətlər üzərində işini davam etdirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir