Search
BOB

“Bank of Baku” “Mən azərbaycanlıyam” mahnısının klip çəkilişlərinə dəstək oldu

Azərbaycan cəmiyyəti qarşısında sosial məsuliyyətini rəhbər tutan “Bank of Baku” daha bir yeniliyə imza atdı. “Bank of Baku” və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın ifa etdiyi “Mən azərbaycanlıyam” mahnısının klip çəkilişlərinə dəstək oldular.

Mahnının ilham mənbəyi Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin yaddaşlara həkk edilmiş parlaq bir nitqi olmuşdur. Öz çıxışında ulu öndərimiz “Mən həmişə fərx etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” deyə bəyan etmiş və bu sözlər hər bir azərbaycanlının ürəyində iz qoyaraq vətənpərvərlik devizinə çevrilmişdir.

“Bank of Baku”-nun Reklam və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Nigar Tahirova deyir ki, “Mən azərbaycanlıyam” klipinin çəkilişinin dəstəklənməsində məqsəd vətənpərvərliyi hər bir azərbaycanlıya aşılamaq və bu hissi gələcək nəsillərə örnək gətirmək olmuşdur.

Klipin fərqli cəhəti yalnız onun məzmunu ilə deyil, həmçinin çəkilişlərə cəlb edilmiş heyət ilə də bağlıdır. Belə ki, klipdə müxtəlif peşə sahibləri – müəllim, neftçi, rəqqas, həkim, bank işçisi, idmançını canlandıran şəxslər aktyorlar deyil, bu peşənin real sahibləridir. Eyni zamanda, klipdə 3 nömrəli internat məktəbinin sağlamlıq imkanları məhdud (eşitmə və danışma) uşaqlar da lentə alınıb.

“Mən azərbaycanlıyam” klipinə bu keçid vasitəsilə seyr edə bilərsiniz:

“Mən azərbaycanlıyam” mahnısı üzrə klipin ərsəyə gəlməsi və təqdimatı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf edir.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir