Search
bl18_connecting_jp_2780149f

Bank konsolidasiya xəbərini təkzib etdi

Azərbaycan Beynəlxalq Bankı (ABB) “Bank Standard” QSC-nin ABB ilə konsolidasiyasına dair yayılan xəbərlərlə bağlı mövqeyini açıqlayıb. Bankın mətbuat katibi Yadigar Cəfərli “Report”a açıqlamasında bu məlumatı təkzib edib. O, ABB və “Bank Standard”ın birləşməsi ilə bağlı hər hansı danışıqların aparılmadığını bildirib.

Qeyd edək ki, bu günlərdə bank sektorundakı mənbələrə istinadən bu iki bankın birləşməsi istiqamətində danışıqların aparılması, hələlik heç bir razılaşmanın əldə olunmaması, lakin birləşmə məsələsinin aprelin sonunadək həll olunacağı barədə xəbərlər yayılıb.

Mənbə: Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir