Search
NewsImg_635489158098845408

Bank 3 filialını bağladı

“Bank of Baku” Bakıda 2, Sumqayıtda isə 1 filialının fəaliyyətini dayandırıb. Bankdan fins.az-a verilən məlumata görə, söhbət Bakı şəhəri, Ziya Bünyadov küçəsi, 118 ünvanında yerləşən “Otoplaza” filialından, paytaxtın Xaqani küçəsi, 2 ünvanındakı “Xaqani” filialından, eləcə də Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 49B ünvanında yerləşən “Yeni Sumqayıt” filialından gedir. Bundan sonra həmin filialların müştərilərinə müvafiq olaraq “Bank of Baku”nun baş ofisində (Bakı şəhəri, Atatürk prospekti, 42), “Mərkəz” filialında (Bakı şəhəri, Azərbaycan prospekti, 3) və “Sumqayıt” filialında (Sumqayıt şəhəri, Zülfi Hacıyev küçəsi, 20A) xidmət göstəriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir