Search
Demir1

Bakıda yeni dəmiryolu çəkiləcək

Hazırda təmirdə olan Mərkəzi Dəmiryol Stansiyası artıq dekabrın 24-də fəaliyyətə başlayacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları”nın rəhbəri Cavid Qurbanov bildirib.
O qeyd edib ki, Bakı-Sumqayıt marşrutunda sərnişinlərin sayı artıb və yeni stansiyaların açılması, yeni lokomotiv və qatarların alınması nəzərdə tutulur. Bunula yanaşı, ADY Bakı-Pirşağı-Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolunun tikintisinə başlayacaq.
QSC-nin rəhbəri biletlərin onlayn satış sistemi, ötən il ərzində ADY tərəfindən alınan yeni lokomotivlər və elektrik qatarları barədə məlumat verib və bildirib ki, Naxçıvan-Məşəd marşrutu üzrə sərnişin qatarları noyabr ayının sonundan etibarən istismara veriləcək.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir