Search
14620046315471250659_750x500

Bakıda Mercedes-Benz-in 2 yeni modeli təqdim edildi

Aprelin 29-da “Fairmont Baku” otelində Mercedes-Benz-in Azərbaycandakı rəsmi distribyutoru “Avtokapital-Azərbaycan” şirkəti və Azərbaycanda Mercedes-Benz minik avtomobillərinin yeganə rəsmi dileri “Avtostar Kaukasus” şirkəti, birgə, yeni E-Class və GLS modellərinin təqdimatını keçiriblər. Tədbirdə bildirilib ki, E-Class modeli tamamilə yenidir, GLS modeli isə yenilənib.

14620046315489934040_750x500

Azərbaycana idxal olunan E-Class 200 modeli 2 litr, 184 at gücündə Turbo mühərrik ilə təchiz olunur. Avtomobil eksteryer və interyer olaraq AMG paketdir. Payız aylarına doğru E-Class-ın  E300, E43 AMG, E400 modellləri buraxılacaq.

Artıq alınıblar

İlkin olaraq Azərbaycana 2 ədəd E-Class avtomobili gətirilib və artıq hər 2 avtomobil satılıb. Amma təəssüflənməyə dəyməz, May ayında Babək prospektində yerləşən Mercedess-Bens salonunda yeni E-Class  və GLS modelləri  olacaqdır.

Bildirilib ki, təqdim olunan Yeni E-Class  modelinin qiyməti 54 min avrodan 65 avroya kimi dəyişir. Modelin baza versiyasının qiyməti isə daha aşağıdır, lakin Azərbaycan alıcısı daha təchizatlı  versiya tələb etdiyindən baza təchizat idxal olunmur.

14620046313234748276_750x500

Yenilənmiş GLS modeli isə 3 litr, 258 at gücündə Turbo mühərrik ilə təchiz olunur. Avtomobilin qiyməti  90-92 min avro civarındadır.

Mənbə: “Marja”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir