Search
52258

Bakıda keçiriləcək Formula 1 mərhələsinin adı və vaxtı rəsmən dəyişdirilib

Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) Formula 1 üzrə dünya çempionatının 2017-ci il üçün təqvimini təsdiqləyib.
Bu barədə Avstriyanın paytaxtı Vyanada keçirilmiş FİA Baş Assambleyasının iclasında qərar verilib.
Bakıda keçiriləcək mərhələnin adı Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlandırılacaq. Bu, gələn il iyunun
18-də deyil, iyunun 25-də baş tutacaq.
Bu addım Qran Prinin “24 saat Le Man” marafonu ilə üst-üstə düşməməsi üçün atılıb. Almaniya Qran Prisi təqvimdən çıxarıldığından, növbəti mövsüm ümumilikdə 20 mərhələdən ibarət olacaq. Sinqapur və Malayziya mərhələləri isə təqvimin ilkin versiyası ilə müqayisədə yerlərini dəyişib.
Növbəti mövsümə 2017-ci il martın 26-da Avstraliyada start veriləcək. Çempionun adı isə noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə müəyyənləşəcək.
Report
26 mart Melburn Avstraliya
9 aprel Şanxay Çin
16 aprel Bəhreyn Bəhreyn
30 aprel Soçi Rusiya
14 may Barselona İspaniya
28 may Monte Karlo Monako
11 iyun Monreal Kanada
25 iyun Bakı Azərbaycan
9 iyul Şpilberq Avstriya
16 iyul Silverstoun Böyük Britaniya
30 iyul Budapeşt Macarıstan
27 avqust Spa-Frankorşamp Belçika
3 sentyabr Montsa İtaliya
17 sentyabr Sinqapur Sinqapur
1 oktyabr Sepanq Malayziya
8 oktyabr Suzuka Yaponiya
22 oktyabr Ostin ABŞ
29 oktyabr Mexiko Meksika
12 noyabr San Paulu Braziliya
26 noyabr Abu Dabi BƏƏ



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir