Search
258434_483556

Bakıda “Daqestan” marketlər şəbəkəsi açılacaq

Bakıda “DAQESTAN” brendi ilə marketlər şəbəkəsi açılacaq.
Dağıstanın Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, marketdə Dağıstan və digər Rusiya istehsalı olan məhsullar satılacaq.
“Daqestan” ticarət evi Dağıstan prezidenti Ramazan Abdulatipovun tapşırığı ilə açılır.
Marketlər şəbəkəsi Bakının rayonları və Azərbaycanın regionlarında genişlənməyi nəzərdə tutur.
Qiymətlərə gəlincə, məhsulların satışı Rusiyadakı qiymətlə həyata keçiriləcək.
Marketlərdə Azərbaycan vətəndaşları çalışacaq.
İlk market sentyabrın 9-da Atatürk prospekti, 31 ünvanında açılacaq.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir