Search
246282_488975

Bakıda 24 saat işləyən valyutadəyişmə terminalları quraşdırılacaq

“Silkway Bank” ASC ticarət və xidmət müəssisələrində avtomatik valyutadəyişmə terminallarının yerləşdirilməsini planlaşdırır. Artıq ilk terminal bankın baş ofisində quraşdırılıb, istifadəyə verilib.
Bankdan verilən xəbərə görə, növbəti terminallar Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində, regionlarda yerləşən hava limanlarında, Bankın bütün filiallarında və digər strateji nöqtələrdə yerləşdiriləcək.
Bu terminal vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri Azərbaycan manatı, ABŞ dolları və avro üzrə valyutadəyişmə əməliyyatlarını həyata keçirə bilərlər. Terminalla günün istənilən vaxtı (24/7 rejimində) və ya müəssisənin iş saatları ərzində avtomatik valyutadəyişmə imkanı təqdim edilir.
Terminal vasitəsilə valyuta dəyişməsi “Silkway Bank”ın gündəlik yenilənən valyuta məzənnələrinə əsasən həyata keçirilir və terminal vasitəsilə valyuta dəyişdirən müştəridən komissiya tutulmur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir