Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) ləğv olunması ilə əlaqədar bu qurumun inzibati binasında yerləşən 2 fond bazarı müəssisəsi başqa ünvana köçüb. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verib. Məlumata görə, “Bakı Fond Birjası” QSC və “Milli Depozit Mərkəzi” QSC-nin başqa ünvana, müvəqqəti olaraq “Babək Plaza” biznes mərkəzinə köçürülməsi qərar alınıb.
Mənbə: Fins.az