bank_of_baku_phone_service_180414_1 (1)

Azərbaycanın ilk bank məlumat mərkəzi 7 yaşını qeyd edir

Azərbaycanın bank sektorunda ilk məlumat mərkəzi olan “Bank of Baku”nun 145 Məlumat Mərkəzi 7 yaşını qeyd edir.
Məlumat Mərkəzinə zəng etməklə bankla bağlı ən müxtəlif mövzularda avtomatlaşdırılmış məlumatlar əldə etmək, təklif və irad bildirmək, kredit borcları barədə məlumat almaq və ödəniş etmək mümkündür.
Mərkəzin rəhbəri Vüsalə Abasova bildirib: “Hazırda 145 nömrəsini yığanların ortalama sayı ay ərzində 140.000, gün ərzində isə 5.000 civarındadır. Zəng edənlərin bir hissəsi menyudan avtomatik məlumatlanır, ödəniş edir, cari borcunu öyrənir, səsli ismarıc buraxır və ya operatora qoşulur”.
“Bank of Baku”nun Məlumat Mərkəzinin əsas üstünlükləri aşağıdakılardır:
• “Bank of Baku”nun 145 Məlumat Mərkəzi fasiləsiz iş rejiminə keçib. Bu günə kimi həftənin altı günü işləyən Məlumat Mərkəzi artıq bazar günləri də fəaliyyət göstərir. Saat 9:00-dan 20:00-dək 145 nömrəsini yığmaqla müştərilər bankın xidmət, məhsul və kampaniyaları haqqında ətraflı məlumat əldə edə bilərlər.
• 145 Məlumat Mərkəzinə zəng etməklə müştərilər banka gəlmədən internet bankinq xidmətinə qoşula bilərlər.
• 145 Məlumat Mərkəzinə Azərbaycanın istənilən bölgəsindən şəhər telefonları vasitəsilə daxil olan zənglər pulsuzdur.
• Müştərilər həftənin bütün günləri 24 saat ərzində 145 nömrəsini yığmaqla kartın statusu, balansı, son əməliyyatlar barədə məlumat ala, həmçinin kartın itirilməsi halında onun bloklaşdırılması xidmətindən yararlana bilərlər.
• Məlumat Mərkəzi müştərilərə alternativ vasitələrlə də geniş xidmət göstərir. Alternativ kommunikasiyalar sırasına bankın korporativ saytlarında online məsləhətçi, online kredit sifarişi, online kart sifarişi,zəng sifarişi, “facebook” və forumlar, 8145 SMS sorğularının cavablandırılması daxildir.
Qeyd edək ki, bankın “facebook” səhifələrində ay ərzində ortalama 5000-ə yaxın sual, gün ərzində 250-yə yaxın, kampaniyalar dövründə isə 400-ə yaxın sual cavablandırılır. Məlumat Mərkəzinin sualların 90%-dən çoxunun qısa vaxt ərzində cavablandırılmasına görə, “Bank of Baku”nun “facebook” səhifəsi beynəlxalq “Socialbakers” xidmətinin “Ən yaxşı sosial yönlü səhifə” nominasiyası üzrə də mükafatına layiq görülüb.
“Bank of Baku”nun 145 Məlumat Mərkəzi müştəri məmnuniyyətinin artırılması məqsədilə növbəti innovativ layihə və kommunikasiyalar üzərində işini davam etdirir.
Əlavə məlumat:
145 Məlumat Mərkəzi
http://www.bankofbaku.com/
https://www.facebook.com/bankofbaku




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir