Search
PloxoyBank

Azərbaycanda pis bankı necə tanımaq olar?

Fərdi müştəri qismində bankla əməkdaşlığı hər birimiz həkimə, vəkilə, bərbərə, hətta kosmetoloqa müraciətlə eyniləşdirə bilərik. Bəlkə ona görə ki, adət halını almış və rahat yerdə yerləşən bank filialının xidmətlərindən imtina etmək, sevimli həkimdən uzaqlaşmaq qədər çətindir. Pul haqq-hesabı sevir və şəxsi vəsaitlərimizi etibar etdiyimiz banka qarşı hər hansı bir qeyri-dəqiqlik bizə çox baha başa gələ bilər.

Toxunacağımız mövzu heç də hər bir əmanətçı, plastik kart sahibi və ya borcalanın banklarından tam razı qalmaması barəsindədir. Azərbaycan banklarından narazı qalan oxucularımızın “Nə etməliyik ?” sualına cavab kimi bir neçə əsaslı səbəb nümunə gətirmək istərdik.

Reytinq qiymətləndirməsi

Əksər beynəlxalq reytinq agentliklərinin yazılmamış qaydalarına görə, qlobal maliyyə böhranı dövranında mühafizəkarlıqla reytinq qiymətləndirmələrinin yüksəldilməsidir. Elə həmin agentliklər yalnız bank-müştəri göstəricilərin kəskin azaldığı hallarda, banklara verdikləri reytinq qiymətlərini aşağı salırlar. Reytinq qiymətlərin düşməsi və ya onlar üzrə proqnozların dəyişməsi bankı dəyişmək üçün səbəblərdən biri ola bilər.

Azərbaycanda, Standard&Poor`s, FitchRatings və ya Moodys agentlikləri tərəfindən qiymətləndirilən bankların sayı 10-dan çox deyil. Aydındır ki, onların hamısı bank sistemində “Top-10”-luğa daxildir. Bu siyahıya flaqman Beynəlxalq Bank da daxil olmaqla, özəl banklar – Pasha Bank, Unibank, AccessBank, DemirBank, AGBank, BankTexnique, KapitalBank, Bank Standard aidirlər. Digər tərəfdən, Azərbaycanda hər hansı bir bankın reytinq agentliyi ilə əməkdaşlıq etməməsi ı hələ oradakı hesablarınızın bağlanması üçün ciddi səbəb deyil. Amma bankın təşəbbüsü ilə reytinq agentliklər ilə əməkdaşlığın dayandırılması və ya reytinqdən imtina artıq narahat olmaq üçün əsasdır. Çünki belə imtinaların arxasında adətən bank rəhbərliyinin arzuolunmaz məlumatları ört-basdır etmək istəyi dayanır. İstisna kimi yalnız səhmdarlar tərəfindən bankın fəaliyyət dairəsinin məhdudlaşdırılması halları qəbul edilə bilər. Məsələn, xarici investorların və kreditorların cəlb edilməsində bank səhmdarlarının daha maraqlı olmaması halları.

Balans göstəriciləri

Mərkəzi Bank tərəfindən tövsiyyə edilən “Bazel-2” üzrə bankların idarəolunması prinsiplərinə görə, bank xidmətləri bazarının hər bir iştirakçısı ən azı rübdə bir dəfə öz prudensial göstərcilərini açıqlamalıdır. Bu göstəricilərə aktivlərin, kredit portfelinin, depozit bazasının həcmi ilə yanaşı, biznesin gəlirlilik göstəriciləri də aiddirlər. Bir və ya iki ay ərzində göstəricilərdən birinin enməsi bankın dəyişməsi üçün səbəb ola bilməz. Balans göstəricilərinin azalması mövcud bazar şəraitlə, bank tərəfindən yeni filialların açılması, digər məhsullara istiqamətlənməsi, yeni baş ofisinin tikilməsi və yaxud bahalı avadanlıqların alınması ilə əlaqəli ola bilər. Müvafiq qaydada bankların faiz və əməliyyat xərcləri də qısa bir müddət ərzində müxtəlif tendensiyalar nümayiş etdirə bilər. Amma altı ay və daha çox müddətdə faiz və qeyri-faiz gəlirləri düşməkdə davam edərsə, bu zaman yeni və daha uğurlu bank seçmək barədə mütləq düşünmək lazımdır. Nizamnamə kapitalının, depozitlərin azalması, həmçinin vahid aktiv üzrə gəlirliliyin, səhm kapitalı üzrə göstərilərin enməsi narahat doğurucu amillərdir. Mənfəəti əldə etməyən bank xidmətlərində də səmərəli faizləri və ya tarifləri, həmçinin innovasiya xidmətləri ilə müştərilərini razı sala bilməz. Cansıxıcı göstəriciləri elə filiallarda, müştərini qarşılayan bank işçilərinin davranışında da hiss etmək olur.

Hər bir bank barədə məlumatları, onların internet-saytları, press-relizləri, məlumat mərkəzləri, həmçinin renkinqlər vasitəsi ilə, kütləvi informasiya vasitələrində dərc olunan aylıq və ya rüblük nəşrlərdən izləmək mümkündür. Elektron və çap KİV-də bankların fəaliyyəti haqqında məlumatlar işlənmiş versiyada, hətta mütəxəssis olmayanların başa düşəcəyi bir tərzdə dərc olunur. Göstəricilərin düşməsi amilini səbəb kimi istifadə edərək, bankın fəaliyyətdə olduğu müddətə də diqqət yetirilməlidir. Xüsusən də yenicə açılmış və ya investisiyalaşdırma mərhələsində olan banklara sadəcə balans göstəricilərin azalmasını irad tutmaq düzgün deyil.

Sosial qalmaqal

Qəribə olsa da, bankınızın ünvanına mənfi və ya müsbət rəylə bağlı istənilən sosial fəallıq da, düşünmək üçün səbəbdir. Müntəzəm olaraq bankınızı axtarış saytlarında, xəbərlərdə, forumlarda və sosial şəbəkələrdə izləyin. Bank barədə onun digər müştərilərinin nə düşündüyünü öyrənməyə çalışın.

Od olmayan yerdən tüstü çıxmaz, amma nəticələrinizdə də tələskənliyə yol verməyin. Əvvəlcə, “hə” deyənlərin sayını “yox” deyənlərlə müqayisə edin. İlk növbədə bütün məlumatların müxtəlif “adlarla” bir şəxs tərəfindən yazılıb-yazılmadığına əmin olun. Elə hallar olub ki, banklardan birinin əməkdaşları öz rəqiblərinə qarşı böhtan xarakterli məlumatlar yerləşdirməyə çalışıblar. Sosial şəbəkələrdə bankın savadlı şəkildə müsbət imic formalaşdırmaq məqsədilə şərhlər yaratması halları da mövcuddur. Əgər mümkündürsə, sosial şəbəkədə və ya forumda konkret istifadəçilə əlaqə yaradın və ondan şikayət etməsinin və ya bankın xidmətlərindən razı qalmasının əsl səbəbini öyrənin. Bəzən də mətbuatda və ya sosial şəbəkələrdə tənqid müştərinin maliyyə savadsızlığından irəli gəlir. Buna görə də, mütləq həmin tənqidə bankın rəsmi şəxslərinin necə reaksiya verdiyinə diqqət yetirin. Yerigəlmişkən, bank barədə mənfi məlumatı birbaşa müştəridən yox, taksi sürücüsü və ya bərbərdən eşidirsinizsə, onda xüsusi ilə qərar verməkdə tələsməyin.

Sanksiyalaşdırılmamış ödənişlər

Bəlkə də bankın dəyişdirilməsi üçün ən böyük həyəcan “zəngi” ödənişlərin vaxtında yerinə yetirilməməsi, sanksiyalaşdırılmamış tranzaksiyalar, müştəri sistemi (internet-bankinq, prossesinq, məlumat mərkəzi, sayt) ilə işləyərkən yaranan pozulmalardır. Söhbət yalnız şəxsi vəsaitlərinizin xərclənməsindən getmir, həm də başqasına məxsus olduğu halda, səhvən hesabınızın artırılmasından gedir. Bununla bağlı həmişə bank sirrlərinin və müştəri haqqında məlumatların nə dərəcədə qorunmasına xüsusi diqqət verin.

Əlbəttə ki, Azərbaycanda elə bir bank yoxdur ki, həmin məlumatların açıqlanmasını etiraf etsin. Xüsusən də bu, öhdəliklərin yerinə yetrilməsi, sanksiyalaşdırılmamış ödənişlər, serverin yenidən yüklənməsi və s. aididir. Öz növbəsində bankın səhmdarlarına dividentləri, əmanətçilərə ödədiyi faizləri, xarici tərəfdaşlarına kreditlərini vaxtında ödəmədiyi hallar likvidlik problemi ilə əlaqəlidir. Əgər bankınız, əksinə, yeni səhmdar və ya strateji kreditor cəlb edərək, bu cür problemlərin qarşısını almaq və gələcək inkişaf üçün borc cəlb edirsə, narahat olmayın, cünki bu zaman pul vəsaitləriniz də gələcək uğurun zəmini qismində çıxış edir.

İnkişaf amili

Qeyd etdiyimiz məlum səbəblərlə yanaşı, daha bir amili də vurğulamaq yerinə düşər. Zamanla şəxsi maliyyə vəsaitlərimizə qarşı ambisiyalarımız da dəyişir. Bir gün bankımızın bizə təklif etdiyi yeni komissiya haqqları, faiz dərəcələr, tariflər və ya limitlərlə razılaşmayaq. Bank işçilərinin müştərilərlə diqqətsiz davranması üzündən də xidmətə qarşı mənfi rəyiniz yarana bilər. Əvvəllər bank əməkdaşların orta səviyyəli işi bizi qane edirdisə, illər keçdikcə daha tələbkar oluruq və onlardan daha böyük diqqət və vaxtımıza hörmət göstərmələrini gözləyirik. Bugün kassalar qarşısında ləngimələrə və növbələrə qarşı çıxış edən hər bir müştəri, bankı dəyişərək daha yüksək keyfiyyətdə olan servisə görə əlavə pul ödəməyə hazırdır.

Aydındır ki, bunlar banklardakı uğursuzluq faktorlarının tam siyahısı deyil. Lakin sadalanan səbəblərdən biri kifayətdir ki, vaxtında öz pullarınızı və əsəblərinizi qoruyasınız.

biznesinfo.az


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir