Search
_dsc0011

Azərbaycanda SOCAR brendi altında 21-ci yanacaqdoldurma məntəqəsinin açılışı olmuşdur

_dsc0015İyulun 7-də Hacıqabul rayonu Pirsaat qəsəbəsində SOCAR brendi altında sayca 21-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan ”SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış etmişdir. Bildirilmişdir ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılmışdır. _dsc0023T.Seyidov yeni açılan YDM-lərin ölkədə daimi iş yerlərinin açılmasına, bununla da əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini diqqətə çatdırmış, vurğulamışdır ki, SOCAR brendi altında fəaliyyət göstərən məntəqələrin hər birində orta hesabla 60 nəfər çalışır. O, “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik etmiş, məntəqənin əməkdaşlarına uğurlar arzulamışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir